AZ

COP29 çərçivəsində xarici QHT-lərin Bakı Bəyannaməsi qəbul olunub

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət Nazirliyinin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qaliblərindən olan “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) layihə çərçivəsində silsilə beynəlxalq tədbirlər keçirmişdir. Bu tədbirlər COP29 dövründə keçirilərək ətraf mühit və iqlim məsələləri üzrə mənalı dialoq və əməkdaşlıq üçün platforma təqdim edib. Tədbir müddətində bir konfrans və dörd əsas panel keçirilib, iştirakçılara fikirlərini bölüşmək, ən yaxşı təcrübələri mübadilə etmək və indiki dövrün ən təcili ətraf mühit və iqlim problemlərinə həll yolları axtarmaq imkanı yaradılıb.

Noyabrın 22-də isə COP29 beynəlxalq tədbirinə qatılan ölkələrin iştirakçıların adından Bakı Bəyannaməsi qəbul olunmuşdur. Sənədi 17 xarici QHT rəhbəri imzalamışdır.

QHT-lər ətraf mühit və iqlim dəyişmələri mövzusunda dialoqun inkişaf etdirilməsi məqsədilə müntəzəm beynəlxalq tədbirlər və müzakirə panelləri təşkil etmək üçün hazır olduqlarını bəyan ediblər: “Bu tədbirlər, QHT-lərin cari siyasət çatışmazlıqları barədə fikirlərini bildirmələri və ən yaxşı təcrübələrini paylaşmaları üçün bir platforma təmin edəcək. Bu müzakirələr nəticəsində yerli hökumətlər və beynəlxalq təşkilatlar üçün tövsiyələr hazırlanaraq, gələcək ətraf mühit siyasətlərinin formalaşmasına kömək edəcək”.

Qeyd edək ki, Bakı Bəyannaməsi QHT-lər və ekoloji fəalların əməkdaşlığı ilə ətraf mühit və iqlim siyasətini və tədbirlərini təşviq etmək üçün vacib bir platforma təqdim edir. “Məhz bu məqsədləri real təşəbbüslərlə dəstəkləyərək, vətəndaş cəmiyyəti təşkilatları, xüsusən də QHT-lər, sərhəd tanımadan birgə işləyərək, dövrümüzün ən vacib ətraf mühit və iqlim məsələlərini həll edə bilərlər. Bizim birgə səylərimiz, daha davamlı və dayanıqlı bir gələcəyə töhfə verəcək, eyni zamanda gənc səs və innovativ fikirlərin qlobal ətraf mühit idarəçiliyinin önündə olmasını təmin edəcək”,- deyə sənəddə bildirilir.

Layihənin nəticəsi olaraq gələcək əməkdaşlıq və tərəfdaşlıq şəbəkəsi qurulmuşdır. Bundan sonra QHT-lərin iqlim dəyişmləri ilə bağlı davamlı fəaliyyətləri həyata keçiriləcək.

Seçilən
15
sabahinfo.az

1Mənbələr