İsrailin Baalbek şəhərində bir binanı hədəf alması nəticəsində ilkin məlumatlara görə 7 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
Hücumdan sonra 7 nəfərin cəsədi binanın dağıntıları altından çıxarılıb. Hazırda axtarış-xilasetmə işləri davam edir.
İsrail ordusunun Şemsitar qəsəbəsində başqa bir evə təşkil etdiyi hücumda ana və 4 uşağı da daxil olmaqla 5 nəfərlik ailənin bütün üzvləri həyatını itirib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də intensiv hava hücumu həyata keçirib.
Oksana