Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə və “Olimpik Star”da keçirilib.
Turun açılış matçında debutant “Şuşa” U-19-la qarşılaşıb. Fasiləyə qədər nominal meydan sahibləri 3 cavabsız top vurublar. İkinci hissəni gənclər fəal keçiriblər. Hətta milli hesabı bərabərləşdirməyi bacarıb. Ancaq matçın başa çatmasına 5 dəqiqə qalmış debutant tarazlığı pozmağı bacarıb və qələbə qazanıb.
Turun mərkəzi oyunu – son çempion “Araz-Naxçıvan”la lider “Neftçi”nin görüşü gözlənildiyi kimi gərgin və maraqlı keçib. Beş qolun qeydə alındığı oyun çempionun məğlubiyyəti ilə yekunlaşıb. “Araz-Naxçıvan” cari çempionatda ikinci məğlubiyyəti ilə barışıb. “Neftçi” isə məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb.
Turun son matçı “Baku Fire” üçün məşq xarakteri daşıyıb. Sözügedən komanda autsayder “Yasamal Bakı” üzərində darmadağına sevinib.
Yüksək Liqa
4-cü tur
23 noyabr
Şuşa – U-19 5:4
Qollar: Şahbaz Həndəmli, 11:03. Rüstəm Bağırov, 13:36; 34:24. İlham Alıyev, 18:32; 24:30 – Ümid Qəhrəmanov, 21:03. Hüseyn Cəfərzadə, 27:25; 29:39. Oqtay Mahmudzadə, 32:28.
Hakimlər: Hacıəli Ağayev, Kənan Məlikov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.
Araz-Naxçıvan – Neftçi İK 2:3
Qollar: Kayke, 10:51. Xəzər Ağalızadə, 29:46 – Mirzə Əmirov, 12:13. İsa Atayev, 18:54. Namiq Məmmədkərimov, 29:59-pen.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Rza Məmmədov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 15:00.
Baku Fire – Yasamal Bakı 15:1
Qollar: Yaqo Henrike, 3:56; 17:55; 21:19; 25:31; 25:58; 28:35; 33:55; 34:53; 35:33. Oqtay Rüstəmli, 4:58; 8:05. Nurlan Mehdizadə, 13:33. Fərid Abbasov, 24:51; 29:53. Amadeu, 33:06 – İlqar Nuruşov, 34:25.
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Knyaz Əmiraslanov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 17:00.
Xallar: Baku Fire – 12. Neftçi İK – 12. Araz-Naxçıvan – 6. Şuşa – 3. U-19 – 3. Yasamal Bakı – 0.