AZ

67 yaşlı qadın sirkə turşusundan ÖLDÜ

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib. 67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Seçilən
5
19
modern.az

10Mənbələr