AZ

Kremlin sözçüsü: Qərbdə qətiyyən ifadə azadlığı yoxdur

Son illərdə baş verən hadisələr qətiyyən ifadə azadlığının olmadığını göstərir.

Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında deyib.

“Qərbdə qətiyyən ifadə azadlığı yoxdur və son bir neçə ildə baş verənlər bunu göstərir. Hal-hazırda, hətta ən hörmətli media qurumları belə çox sifarişli məzmun və bu qədər saxta xəbərlər dərc edirlər. Təbii ki, buna cəmi iki il əvvəl inanmaq çətin olardı. Qərbdə hələ də vəziyyəti hər tərəfdən təhlil edən jurnalistlər var”,- deyə Peskov bildirib.

Qərb mətbuatında dərc olunan saxta xəbərlərlə bağlı fikirlərini bölüşən Peskov Qərbdə hələ də vəziyyəti hər aspektdən təhlil etməyə çalışan jurnalistlərin olduğunu və Rusiyanın bu insanlarla işlədiyini bildirib: “Hələ də Qərbdə vəziyyəti hər tərəfdən təhlil etməyə çalışan jurnalistlər var, bu insanlar təbii ki, hörmət tələb edir və biz bu mətbuat nümayəndələri ilə birinci əldən məlumat vermək üçün işləyirik”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
20
editor.az

1Mənbələr