İngiltərədə qar, buz, güclü yağış və güclü küləyə səbəb olan "Bert" fırtınası səbəbiylə çox təhlükəli hadisələrin baş verə biləcəyi xəbərdarlığı edilib.İngiltərə Meteorologiya Bürosu (Meteorologiya İdarəsi) tərəfindən edilən açıqlamada, şiddətli fırtına səbəbiylə bəzi bölgələrdə səyahətlərin kəsilməsi, daşqınlar və sürəti saatda 113 kilometrə çatan güclü küləklərin ola biləcəyi ifadə edilib.Açıqlamada "Bert" fırtınası səbəbindən İngiltərə və Şotlandiyanın bəzi şimal və mərkəzi bölgələrinə güclü qar yağacağı da qeyd edilib.Bu həftə sonu üçün ölkə daxilində sərt hava xəbərdarlığı edən "Met Office" fırtınanın qar, buz, güclü yağış, çovğunlara və çox təhlükəli hadisələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.Fırtına səbəbiylə İngiltərə və Uelsdə təxminən 4 min binada elektrik kəsilib, bəzi yollar bağlanıb, qatar səfərləri ləğv edilib. Şotlandiyanın 6 bölgəsi üçün daşqın xəbərdarlığı edilib.Şimali Yorkşir bölgəsinin polisi hazırda 8 yol-nəqliyyat hadisəsi ilə məşğul olduqlarını bildirib və sürücülərə zərurət olmadıqca səyahət etməməyi tövsiyə edib.Səlahiyyətlilər əhalini mümkün qədər səyahətdən çəkinməyə və hava ilə bağlı son xəbərdarlıqlara əməl etməyə çağırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta