AZ

''Fənərbaxça''ya lazım olmayan futbolçu Avropa nəhənginə keçə bilər

''Fənərbaxça'' karyerası çox uğursuz alınan və bu yaxınlarda Türkiyədən ayrılan Rayan Kentlə bağlı sürpriz transfer xəbəri yayılıb.

Niderland mətbuatının yazdığına inansaq, ''Ayaks'' bu futbolçunun xidmətində maraqlıdı. Amsterdam nəhəngi Mika Qodtsun zədələnməsindən sonra vinger axtarışına başlayıb. Kent həm vingerdi, həm də sərbəst futbolçu statusundadı.

Qeyd edək ki, ''Fənərbaxça''ya 2023-ün yayında ''Reyncers''dən gələn 28 yaşlı futbolçu nə İsmayıl Kartalın, nə də Joze Mourinyonun dönəmində əsas oyunçuya çevrilə bildi.

İngiltərəli oyunçu ümumilikdə yalnız 19 rəsmi matça çıxaraq 1 qol, 2 məhsuldar ötürmə ilə fərqləndi. Oktyabrın 16-da ''Fənər'' Kent ilə qarşılıqlı şəkildə anlaşaraq yolların ayrıldığını açıqladı. Şayiələrə görə bu futbolçu böyük bir qalmaqala səbəb olduğu üçün mövsüm davam edərkən tələm-tələsik şəkildə komandadan kənarlaşdırıldı.

Belə ki, o, Duşan Tadiçin həyat yoldaşına gizli mesajlar göndəribmiş. Bunun üstü açıldıqdan sonra serbiyalı Tadiç, həmyerlisi Kostiç və bosniyalı Ceko ilə birlikdə Kenti möhkəm döyüblərmiş. Bu hadisə rəhbərliyin qulağına çatdıqdan sonra da futbolçu ilə yollar ayrılıb.

ƏLİ

Seçilən
17
football-plus.az

1Mənbələr