"Fənərbağça" qış transfer pəncərəsində yeni sol cinah müdafiəçisi almaq istəyir.
90deqiqe.Az-ın “TodoFichajes”ə istinadən məlumatına görə, kanaryaların baş məşqçisi Joze Mourinyo bu vəzifədə "Real Madrid"in yetirməsi Serxio Reqilonu görmək istəyir. İstanbul təmsilçisi artıq ispan futbolçunun agenti ilə danışıqlara başlayıb.
Mourinyo əvvəllər “Tottenhem”də Reqilonla çalışıb. 27 yaşlı futbolçu hələ də London komandasında çıxış edir. Onun hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub ki, bu da mümkün transferi xeyli asanlaşdırır. Ola bilər ki, Spurs Reqilonu təzminatsız da buraxsın. Qeyd edək ki, nüfuzlu Transfermarkt portalı Serxio Reqilonu 12 milyon avro qiymətləndirir.