AZ

"Avropanın istənilən nöqtəsini vura bilərik"- Rusiya-Ukrayna müharibəsi fərqli bir mərhələyə keçir...

Ukraynanın Rusiyadakı hədəfləri ABŞ istehsalı olan ATACMS və Britaniya istehsalı olan uzaqmənzilli “Storm Shadow” raketləri ilə vurması Moskvanın sərt reaksiyasına səbəb olub. Rusiya nüvə silahının tətbiqi qaydalarını dəyişib və Ukraynaya qarşı qitələrarası ballistik raket buraxıb. 
Noyabrın 17-də ABŞ prezidenti Co Baydenin Ukraynaya Rusiya ərazisində ABŞ raketlərindən istifadə etməyə icazə verməsi ilə gərginləşən vəziyyətdə, Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı ballistik raket hücumları zamanı nüvə silahının istifadəsini nəzərdə tutan yeni doktrinanı təsdiqləyib.

Təhlükəsizlik üzrə ekspert Aleksandr Mixaylov Rusiyanın RTVI kanalına bildirib ki, "Oreşnik7" -nin nüvə olmayan versiyası çoxmərtəbəli binaları tamamilə məhv edən üç tonluq FAB-3000 yüksək partlayıcı aviabomba daşıyır.

Mixaylov Oreşnikin hansı ölkələrə çata biləcəyini aşağıdakı kimi ümumiləşdirib: "Biz, əsasən, Avrasiyanın bütün Avropa hissəsini əhatə edə bilərik: Avropa, Avropa İttifaqı və Böyük Britaniya. O, həmçinin Yaxın Şərq ölkələrinə, Şimali Afrikaya və bəzi Asiya dövlətlərinə də çata bilər. Əslində, Şimal qütbündən zərbə endirsək, biz bunu edə bilərik, hətta Kanadaya çatır".

Ekspert bildirib ki, Qərb texnologiyaları və hava hücumundan müdafiə sistemləri Rusiyadan fərqli olaraq hipersəs zərbə bölmələrini və ya “Oreşnik” kimi tək döyüş başlıqlarını tutmaq üçün vasitələrə malik deyil.

Rusiyalı hərbi ekspert İlya Kramnik “İzvestiya” qəzetinə deyib ki, indiyə qədər hazırlanmış eni raket, çox güman ki, orta mənzilli raketlərin üstündə  olacaq: "Biz Rusiyanın orta mənzilli raketlərinin yeni nəsli ilə qarşı-qarşıyayıq, ehtimal ki, 2500-3000 km məsafəyə malikdir və potensial olaraq 5000 km-ə qədər uzana bilər, lakin qitələrarası deyil. Oreşnik, demək olar ki, bütün Avropaya çata bilər, lakin ABŞ-a çata bilməz. Bu  qitələrarası ballistik raket olan Yars-M raket kompleksinin kiçildilmiş variantı ola bilər". 

Nərgiz,

Sitat.info 

Seçilən
44
19
sitat.info

10Mənbələr