AZ

Sirkə turşusundan zəhərlənən qadın öldü

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib. 67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.

Seçilən
14
18
metbuat.az

10Mənbələr