Gürcüstanın iqtidar partiyasında ölkənin prezidentliyinə namizəd seçimi intensiv müzakirə olunur.
Viral.az “Report”a istinadən xəbər verir ki, bunu “Gürcü Arzusu” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
“Biz artıq komandamız daxilində bir çox namizədi müzakirə etmişik. Ola bilsin, gözlədiyimizdən çox əvvəl prezidentliyə namizədi açıqlayaq”, -M.Mdinaradze deyib.
Son Yazılar:
- Gürcüstanın iqtidar partiyasında prezidentliyə namizəd müzakirə EDİLİR
- Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir
- Çin iqlim siyasəti yarışında ABŞ və Aİ-ni üstələyir
Onun sözlərinə görə, iqtidar partiyası keçmiş səhvlərdən qaçmaq üçün balanslı qərar qəbul etməyə çalışır.
Gürcüstanda prezident seçkiləri yeni parlamentin noyabrın 25-də baş tutmalı olan ilk iclasından sonra 45 gün ərzində baş tutacaq.