Prezident İlham Əliyevin sərəncamı ilə Xəyyam Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin birinci müavini təyin edilib.
Yeni təyin edilən məmurun tərcümeyi-halını təqdim edirik.
O, 1975-ci ildə Moskvada anadan olub, 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb.
2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib.
2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub.
Xəyyam Məmmədov “Azərsığorta” ASC-nin Direktorlar Şurasının üzvü (16 iyul 2022-ci ildən) olub. \\Modern.az