AZ

İlk erməni sputniki Azərbaycanda nələrin fotosunu çəkib?..

Image

Mətləb Salahov: “Ermənistanın ilk peykindən ancaq uydurma və saxta erməni “tarixi” görüntülənəcək ”

Ermənistan yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan Ermənistanın ilk peykindən çəkilən Ermənistanın görüntülərini dərc edib.

“Müxtəlif fəsillərdə ARMSAT-1 tərəfindən orbitdən çəkilən gözəl Vətənimiz Ermənistan”-deyə o, X-dəki səhifəsində yazıb.

Ermənilər ilk peyklərindən çəkilən şəkilləri yayıblar. 

İlk erməni sputnikinin çəkilişlərində Azərbaycan barədə nələr var? Yaxud nə ola bilər?

Bundan Qarabağda guya erməni irsi sayılan abidələrin saxta görüntülərini yaratmaq üçün istifadə edə bilərlər?

“Bu 30 ildə ermənilərin tarixi abidələrimizi məhv etmələrinə, UNESCO başda olmaqla, bir sıra beynəlxalq təşkilatlar bilərəkdən göz yumdu”

Jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hazırkı Ermənistan hakimiyyətinin hər vəchlə sülh əleyhinə alternativ təxribatlara baş vurması, erməni ictimai rəyində antiazərbaycan isterikasını gücləndirməsi adi hala çevrilib. “44 günlük Vətən müharibəsində əzici məğlubiyyət yaşayan Nikol Paşinyan və komandası bu gün bütün gücünü ictimai rəyi yenidən Azərbaycan əleyhinə yönləndirməyə sərf edir. Sosial şəbəkələrin erməni seqmentində Azərbaycan əleyhinə saxta görüntülər hazırlayıb həqiqət kimi dünyanın ictimai rəyinə sırımaq cəhdləri dediklərimizi tamamən təsdiqləyir. Əlbəttə, erməni təbliğat maşını bir gün də olsun öz məkrli və hiyləgər xislətindən əl çəkmir və burda təəcüblənəcək heç nə də yoxdur. Bu xalqda genetik xəstəlik yüz illərdir davam edir. Başqasına aid olanı “özününküləşdirmək” xəstəliyi erməniləri bir gün də olsun tərk etmir. Azərbaycan əleyhinə mənfi rəy yaratmaq üçün ortaya atılan bu siyasət indi də saxta “tarixi abidə” məsələsinə yönəldilib. Budur, Ermənistanın ilk peykindən Ermənistanın görüntüləri dərc edilib və erməni mediasında artıq “qədim erməni tarixi abidələrinin” anonsu verilir”. M.Salahov etdi ki,  qeyd Ermənistanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyan erməni mediasına açıqlamasında açıqca əsl erməni həyasızlığını çəkinmədən ortaya qoyur. “Erməni nazirin peyk görüntülərində, hətta Qarabağ ərazisindəki “erməni tarixi abidələri” barədə sərsəmləmələri işin əsl mahiyyətini ortaya qoyur.

 Siz bu ölkənin həyasızlıq miqyasına nəzər yetirin: 30 il ərzində işğal altında saxladıqları Azərbaycan torpaqlarında daşı daş üstündə qoymadılar, Azərbaycanın minilliklər boyu qoruyub saxladığı tarixi abidələr vəhşicəsinə məhv edildi. Xüsusilə İslam dininə aid abidələr yerlə yeksan edilib, xristian-alban məbədləri isə erməniləşdirilməyə cəhd edilib. Erməni həyasızlığı o həddə çatıb ki, indi Ermənistan hakimiyyəti yalandan hay-küy salaraq, guya Azərbaycanın “erməni xalqının Qarabağdakı izini silməyə çalışdığını” iddia edir.

 Ermənilərin hansı vəhşiliklə bizim tarixi-mədəni irsimizi işğal altında saxladıqlarını, iyrənc şəkildə “özününküləşdirmə” siyasəti apardıqlarını işğaldan azad edilən ərazilərimizdəki ilk görüntülərdə aydınca müşahidə etmişik. Ən təəsüfləndirici məqam odur ki, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində bütün tarixi-mədəni, dini abidələrimizin vəhşicəsinə məhv edilməsinə, UNESCO başda olmaqla, bir sıra beynəlxalq təşkilatlar bilərəkdən “göz yumdular.” Necə ola bilər ki, erməni tərəfi 30 il ərzində işğal etdiyi ərazilərimizdə UNESCO-nun missiyasının monitorinq aparmasına imkan verməyib? Halbuki, Azərbaycan Respublikası bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Diqqət edin: UNESCO Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib. Bəs bu təşkilatın öz prinsipləri harda qaldı, yoxsa UNESCO özü erməni barbarlığının dünyada ifşa olunmasını, mədəni dəyərlərə qarşı vəhşilik cinayətlərinin açıqlmasını istəmədi? Əlbəttə, mədəni irs əvəzinə erməni tərəfkeşliyi olanda hər şey siyasət qurbanı olur. İrəvanda səs-küylü ilk erməni peykindən nə görünəcəyi isə bəri başdan məlumdur. Saxta, qondarma, ermənilərin kustar şəkildə boyayıb erməniləşdirdikləri “tarix”, başqa heç nə”-deyə M.Salahov vurğuladı. 

İradə SARIYEVA





Seçilən
48
baki-xeber.com

1Mənbələr