AZ

Putindən YENİ QANUN

Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi əməliyyatın iştirakçıları və onların həyat yoldaşları üçün vaxtı keçmiş kreditlər üzrə 10 milyon rubla qədər vəsaitin silinməsi haqqında qanun imzalayıb.

Publika.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Ukraynaya səfərbər edilmiş, hərbi xidmətə çağırılmış hərbi qulluqçular, (hərbi məktəblərin və ya ali məktəblərin kursantları istisna olmaqla) habelə hərbi xidmət keçməyən, lakin hərbi əməliyyatın tapşırıqlarını yerinə yetirmək üçün dekabrın 1-dən gec olmayaraq bir il və ya daha çox müddətə hərbi xidmət keçmək üçün müqavilə bağlamış digər vətəndaşların kreditləri silinəcək.

Söhbət 2024-cü il dekabrın 1-dək alınmış və artıq borcun alınması ilə bağlı məhkəmə aktı qanuni qüvvəyə minmiş və ya icra icraatı başlanmış kreditlər üzrə öhdəliklərin silinməsindən gedir.

Seçilən
13
2
publika.az

4Mənbələr