AZ

COP29 uğurla başa çatdı, qara kampaniyalar iflasa uğradı, Bakı adını yenə tarixə yazdırdı

COP29 ərəfəsi və keçirildiyi dövrdə Qərb dairələrindən Azərbaycana qarşı çirkin kampaniyalar aparıldı. Qərbin buradakı mediasının da qarşısına məqsəd qoyulmuşdu ki, nə yolla olursa, olsun ölkəmizi gözdən salıb beynəlxalq imicinə ləkə vursunlar.Onlar da tula paylarına şirniklənib hər şey etdilər ki, Azərbaycan üzərinə götürdüyü ekoloji missiyanın öhdəsindən gələ bilməsin.Düşünürdülər ki, hər şey qaydasında gedərsə, Bakının nüfuzu artacaq, əlaqələri genişlənəcək və bütün bunlar da dövlətin dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq.

Amma alınmadı, bütün cəhdləri iflasa uğradı, Bakı növbəti dəfə arzularını gözlərində qoydu. Yüksək səviyyədə təşkilatçılığı ilə hamını özünə heyran elədi,

Dünya Azərbaycanda cəm oldu!

Yer kürəsinin gələcəyini xilas etməyin yolları burada arandı! 

Yeni-yeni əməkadaşlıq əlaqələri burada quruldu!

Ölkəmizi tanımayanlar da tanıdı və gördülər ki..

Bu dövlətlə işləmək, əlaqələri dərinləşdirmək lazımdır! 

Gördülər ki, Azərbaycan artıq çoxdandır neft ölkəsi deyil, alternativ enerji mənbələrinə malik dəryadır!  

Müstəqil siyasəti olan etibarlı partnyor kimi tanıdılar dövlətimizi!

Vəssalam. COP29 xətasız-bəlasız başa çatdı.

Qara kampaniyalar iflasa uğradı!

Bakı adını yenə tarixə yazdırdı!

Qalib yenə Azərbaycan oldu!

Nicat Dağlar

Missiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr