AZ

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 20,4 % artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 20,4 faiz artaraq, 24,2 min nəfər olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 7164,2 min ton olub və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz azalma göstərib. Yüklərin 47,6 faizini neft yükləri təşkil edib.

Dəniz limanlarında 11704,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və 80,0 faizini tranzit yüklər təşkil edib.

2024-cü il noyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 501,7 min ton olub.

Fuad Mədətov
Fins.az

Seçilən
0
3
fins.az

4Mənbələr