AZ

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

“Shakh Telecom” şirkəti barəsində inzibati protokol tərtib edilib. 

Valyuta.az xəbər verir ki. şirkət İnzibati Xətalar Məcəlləsinin 381.11-ci (Audiovizual media sahəsində lisenziyanın qayda və şərtlərinin pozulmasına) maddəsi ilə ittiham edilir. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

381.11-ci maddəyə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər isə beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Hüseyn

Seçilən
20
valyuta.az

1Mənbələr