Kürdəmir rayonunda yerləşən ticarət mərkəzinin yaxınlığında yaşayan sakinlər problemlə üzləşiblər. Onlar bununla bağlı "Xəzər Xəbər"in qaynar xəttinə müraciət ediblər.
Xezerxeber.az-ın məlumatına görə, yerli sakinlər yaşadıqları mənzillərdə qorxu içində qaldıqlarını deyirlər. Onlar bildirilər ki, ticarət mərkəzinin divarlarında və döşəmələrində çatlar yaranıb. Ticarət mərkəzinin divarının mənzillərə yaxın olması isə onların yuxusunu ərşə çəkib.
Sakinlər bildirir ki, problemlə bağlı dəfələrlə müarciət etsələr də, vəziyyət dəyişməz olaraq qalıb.
Məsələ ilə bağlı ticarət mərkəzinin sahibi ilə əlaqə yaratmağa çalışdıq. Obyekt sahibi Nəzarət Nəzərov şifahi olaraq bildirdi ki, binada qəzalı vəziyyətdən söhbət gedə bilməz.
“Gördüyünüz o çatlar havalanma üçün saxlanılıb. Nə binada çat var, nə də çökmə”.
Qeyd edək ki, Kürdəmir şəhər ərazisində sahibkar Nəzarət Nəfərov tərəfindən 2022-ci ildə bir neçə fərdi ev alınaraq yerində ticarət mərkəzi tikilib.
Sakinlər ümid edirlər ki, rəsmi qurumlar problemlə bağlı hərtərəfli araşdırma aparacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.