AZ

Bakıda "Azərbaycan İrəvanı" günləri erməniləri ifşa edir...

Image

Ermənistanın dəqiq tarixini öyrənmək üçun gərək ermənilər Azərbaycan mediasıni daha diqqətlə izləsin

Ermənilər COP29 iqlim sammitindən yararlanmaq şansını əldən buraxsalar da, deyəsən tədbiri çox diqqətlə izləyirlər. Çunki erməni mediasında COP29-la bağlı kifayət qədər şərhlərə, təhlillərə və münasibətlərə razt gəlinir. Düzdur, bunların hamısı, demək olar ki, qərəzli yazılar və sujetlər kateqoriyasına aiddir, amma diqqətləri Bakıdadı.

Belə yazılardan biri diqqətimizi çəkdi. Ermənilər dəvəquşu kimi başlarını soxub özlərinin uydurduğu kol-kosa, "bədənlərndən" isə xəbərləri yoxdur. Yazıda bildirilir ki, Azərbaycan hakimiyyəti Bakıda keçirilən COP29 iqlim sammitindən "ermənilərin əleyhinə" təbliğat platforması kimi istifadə etmək niyyətindədir: "O cümlədən, Azərbaycan mənbələri yazır ki, bu gün konfrans çərçivəsində Yaşıl Zonada “Azərbaycan İrəvanı” tədbiri keçiriləcək". Sonra isə qeyd edilir, bu bir daha sübut edir ki, Azərbaycan dövlət səviyyəsində tarixi saxtalaşdırmaqda və Ermənistana ərazi iddiaları irəli sürməkdə davam edir. Belə yerdə atalar deyib ki, metmun baxır güzgüyə, adın qoyur özgəyə... Özləri Ermənistan ərazisində oğuz türklərinə məxsus minlərlə tarixi abidəni, o cümlədən də möhtəşəm İrəvan qalasını darmadağın ediblər. Müasir İrəvan şəhərində bir dənə də olsun yaşı yüzdən artiq olan tarixi abidə yoxdur. İrəvanın tarixi abidələri yalnız yaşı 50-60 olan kilsələrdir. Qalanlarını ermənilər dağıdıb. Çünki bu abidələr bizə - oğuz türklərinə məxsus idi. Bir avropalı tarixçi İrəvanda olarkən erməni həmkarlarına sual edib ki, sizdə nə üçün kilsələrdən başqa tarixi abidə yoxdur - axı bu torpaqda əhali yaşayıbsa buranın qədim hamamı, qalası, karvansarayı, yaşayış binası da olmalıdır. Erməni alimləri bu suala cavab tapa bilməyiblər. Bundan sonra isə başlayıblar "tarixi abidələr" "istehsalına".

İrəvan şəhərinin müasir tarixi az qala bütün mənbələrdə saxtalaşdırılıb. İrəvanın real tarixi isə yalnız ermənilərin əli çatmayan mənbələrdə qalıb. İrəvanın tarixi Azərbaycan şəhəri olmasını akademik səviyyədə heç kim inkar edə bilməz. Lakin bu o demək deyil ki, biz Ermənistan ərazisinə iddia edirik. Amma tarixi reallığı da heç kim inkar edə bilməz. Məsələn, Zəngəzurun Ermənistana verilməsi qərarının tarixi bütün açıq mənbələrdə ili, ayı və günü ilə təsdiqlənir.

İrəvan qalası 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın tapşırığı ilə, vəziri Rəvanqulu xan tərəfindən Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində inşa edilmiş qaladır. Səfəvilər dövlətinin sərhədlərini xarici basqınlardan qorumalı olan bu qala onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınmış, sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilmişdir.

13 oktyabr 1827-ci ildə Rusiya imperiyasının ordusu İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərini ələ keçirib. İrəvan xanlığı cənubdan Maku xanlığı, cənub-şərqdən Naxçıvan xanlığı, şərqdən Qarabağ xanlığı, şimal-şərqdən Gəncə xanlığı, şimaldan Kartli-Kaxeti çarlığı və qərbdən Osmanlı İmperiyası ilə həmsərhəd idi. İrəvan qalasının işğal planı Sankt-Peterburqda cızılmışdı. Ancaq ilkin plan əvvəlcə Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı Aleksey Yermolovun (1816–1827) etirazlarına görə, sonra isə baş qərargah rəisi İvan Dibiç-Zabalkanskiy tərəfindən dəyişdirilmişdi.

Bu işgal dövrünə qədər indiki Ermənistanın paytaxtı İrəvan şəhəri və bütünlükdə İrəvan xanlığının əhalisinin 99 faizi oğuz türklərindən ibarət olub. Sonradan isə rus imperiyasının məlum siyasəti nəticəsində ərazidən türk-müsəlman əhalisi sıxışdırılaraq köçürülub və məhv edilib. Boş qalan ərazilərə isə 1828-ci ildə bağlanmış bədnam Türkmənçay müqaviləsinə əsasən erməni əsilli əhali İrandan və Türkiyədən bu əraziyə kövrülərək məskunlaşdırılıb.

Bu həqiqətləri erməni tarixçiləri də çox gözəl bilir. Lakin əksəriyyət özünü mütəxəssis kimi deyil,  şəraitə uyğun aparır. Amma tarixi həqiqətləri etiraf edən kifayət qədər erməni tarixçisi də var.

Bütün bu səbəblərdən Azərbaycan xalqının "Azərbaycan İrəvanı" tədbirləri keçirməyə haqqı var, çünki bu, xalqımızın tarixidir. Ermənilər hələ bir qədər də Azərbaycan mediasını diqqətlə izləsələr, üstündə gəzdikləri torpaqların dəqiq tarixini müfəssəl öyrənə bilərlər. Çünki televiziyalarımızda bununla bağlı çoxlu tarixi verilişlər yayımlanır.

Akif NƏSİRLİ





Seçilən
24
baki-xeber.com

1Mənbələr