AZ

Trampın əsas müttəfiqi Rusiya ilə danışıqlara qarşıdır

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Senatda əsas müttəfiqi adlandırılan Cənubi Dakotadan olan respublikaçı senator Mayk Rounds Rusiya ilə mümkün danışıqların əleyhinədir. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

...Əgər siz Rusiya prezidenti Vladimir Putinə azad ölkənin bir hissəsini təklif etsəniz, o, dayanacaqmı? Demək istərdim ki, asan çıxış yolu var, amma yoxdur.

Bunu deyən senatorun sözlərinə görə, hazırda Ukraynada sülhə dair Rusiya və ABŞ arasında aparılan danışıqlar əsassızdır.
Raunds hesab edir ki, Moskvada bu cür fikirlər NATO-nun zəifliyinin əlaməti kimi qəbul ediləcək.

Eyni zamanda, "Politico" vurğulayır ki, Donald Tramp Rusiya ilə danışıqlar məsələsində müttəfiqinin fikrini bölüşməyə bilər. Buna baxmayaraq, ABŞ Senatında respublikaçılar arasında ukraynayönümlü fikir geniş yayılmışdır.

Bundan əvvəl Donald Trampın NATO-nun baş katibi Mark Rutte ilə danışıqlar apardığı məlum olub. Qeyd olunur ki, onlar alyansın üzləşdiyi bir sıra qlobal təhlükəsizlik çağırışlarını müzakirə edə biliblər.

Əli Babayev

Seçilən
5
1
sesqazeti.az

2Mənbələr