AZ

Karateçilər ən güclünü müəyyənləşdirəcəklər

Noyabrın 28-də karate üzrə Azərbaycan çempionatına start veriləcək.

İdman.biz xəbər verir ki, yarış uşaq, yeniyetmə, gənclər arasında böyüklər və parakarateçilər arasında təşkil olunacaq.

Fövqaladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunacaq birincilik uşaq, yeniyetmə və gənclər arasında 29-cu dəfə keçiriləcək. Böyüklər və parakarateçilər isə 32-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, çempionata dekabrın 1-də yekun vurulacaq.

İdman.biz

Seçilən
16
idman.biz

1Mənbələr