AZ

“Süni intellekt digər platformaları sıradan çıxaracaq” - Texnoloqdan açıqlama

ChatGPT və digər süni intellektlərin inkişafı, xüsusilə 2023-cü ildən sonra, internet istifadəsində dəyişikliklərə səbəb olub.

Bu dəyişikliklərdən biri də son dövrlər “Google” kimi axtarış sisteminə tələbatın azalmasıdır. 

Maraqlıdır, süni intellektin buna necə təsiri ola bilər?

Bununla bağlı Hit.az-a açıqlama verən texnoloq Aydın Camalov deyib ki, “Google” kimi axtarış mühərrikləri ilə müqayisədə, “ChatGPT”nin təqdim etdiyi xüsusi funksiyalar və üstünlüklər bir çox istifadəçini özünə cəlb edib:

“Google”, istifadəçilərə axtarış nəticələrini göstərsə də, sualların cavablarını tapmaq üçün çox sayda linki araşdırmağı tələb edir.

 “ChatGPT” isə sualınıza birbaşa, ardıcıl və aydın cavablar verir, bu da istifadəçilərə daha sürətli və asan məlumat əldə etməyə kömək edir. Bundan başqa, “Google”, əsasən məlumatları göstərir, amma “ChatGPT” istifadəçiyə interaktiv söhbət və məlumatları daha dinamik şəkildə təqdim edir.

“ChatGPT” yalnız məlumat axtarmağa kömək etməklə kifayətlənmir. O, həmçinin mətn yazmaq, tərcümə etmək, kod yazmaq, ideya yaratmaq, mətnləri analiz etmək və s. kimi funksiyalar təklif edir. Bu isə “Google”un təqdim etdiyi standart axtarış xidmətlərindən daha çox istifadəçi cəlb edir. 

Buna görə getdikcə texnologiyada süni intellekt öz sözünü deyəcək. Digər platformaları kölgədə saxlıyacaq”.

Murad
 

Seçilən
62
9
hit.az

10Mənbələr