AZ

Netanyahu ölkəmizə gəlsə, həbs olunacaq - Petro

Kolumbiyanın təhlükəsizlik qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunu Latın Amerikası respublikasına səfər edəcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edəcək.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro deyib.

"Biz Beynəlxalq Cinayət Məhkəməsinin qərarına hörmət edirik, əgər Netanyahu və onun sabiq müdafiə naziri Kolumbiyaya səfər edərsə, biz onları həbs edəcəyik”, - Petro bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Seçilən
2
5
qaziler.az

7Mənbələr