AZ

Fransa XİN: "Ukrayna Rusiya ərazisinə zərbələr üçün uzaqmənzilli raketlərdən istifadə edə bilər"

Paris Ukrayna əsgərlərinə özünümüdafiə məqsədi ilə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli raketlərindən istifadə etmək hüququ verib.

APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan Noel Barro “BBC“yə müsahibəsində deyib.

Xarici işlər naziri həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır.

XİN başçısı Ukrayna hərbçilərinin Fransanın uzaqmənzilli raketlərindən artıq istifadə edib-etmədiyinə dair məlumatla bölüşməyib.

"Cebheinfo.az"

Seçilən
7
2
cebheinfo.az

3Mənbələr