AZ

Malik Həsənov növbəti dəfə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad rayonunun Ağdaş kəndində seçicilərlə görüş keçirib.

Deputat Malik Həsənov görüş zamanı seçicilərin səsləndirdiyi müraciətləri dinləyib, vətəndaşları narahat edən problemlərlə tanış olub.

Müraciətlərin bir qismi yerindəcə həll olunub. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Millət vəkili dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, problemlərin hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində müvafiq addımlar atıldığını diqqətə çatdırıb.

Seçilən
11
sabahinfo.az

1Mənbələr