Ceyk Pol və Mayk Taysonun tarixi matçından sonra gözlənilməz hadisə baş verib.
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, AT&T Stadionunda baş tutan və səkkiz raund davam edən döyüşdən sonra hər iki boksçu 24 gün müddətinə yarışlardan kənarlaşdırılıb.
2018-ci ildə boks karyerasına başlayan YouTuber Ceyk Pol və dünya şöhrətli boksçu Mayk Tayson rinqdə üz-üzə gəlib və 8 raundun sonunda Ceyk Pol qalib olub.
Hər iki boksçu Texasda keçirdikləri mübahisəli matçdan sonra boks yarışlarından rəsmən kənarlaşdırılıblar.
Texas Lisenziyalaşdırma və Tənzimləmə Departamentinin qtdalarına əsasən döyüşçülər hər raund üçün üç gün istirahət etməlidirlər. AT&T Stadionundakı döyüş isə ardıcıl olaraq səkkiz raund davam edib. Bu səbəblə də hər iki boksçu 24 gün ərzində boks yarışlarından kənarlaşdırılıb.
Xatırladaq ki, Polun Taysonla döyüşündən 40 milyon dollar, Taysonun isə təxminən 20 milyon dollar qazandığı deyilir.
Boks qarşılaşmasını orta hesabla 60 milyon insan canlı izləyib.
Aysel