Bakıda 29-cu kişi idman gimnastikası üzrə, 8-ci qadın idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək.
Fins.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışlarda müxtəlif yaş kateqoriyalarında olan gimnastlar mübarizə aparacaqlar:
- Balacalar (2015-2016)
- Kiçiklər (2017)
- Uşaqlar (2013-2014)
- Yeniyetmələr (2011-2012)
- Gənclər (2007-2010)
- Böyüklər (2006 və daha böyük)
İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar və turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.
Yarışlar noyabrın 25-26-da Milli Gimnastika Arenasında təşkil olunacaq.