Bizim bugünkü aksiyamızın məqsədi Cənub ölkələrinin tələblərini dəstəkləməkdir. Qlobal Cənub ölkələrinin hökumətləri təkliflərinin üzərində durmalı və ədaləti təmin etmək naminə mübarizəyə davam etməliyik. Düşünürəm ki, 250 milyard dollar kifayət deyil. Ehtiyacımız olan məbləğ 5 trilyon dollardır.
Bunu “İki sahil”ə müsahibəsində COP29-un banqladeşli iştirakçısı, Milli Fermerlər Birliyinin nümayəndəsi Zakir Hüseyn deyib.
“Mən indiyə qədər olan nəticələrə nikbin baxmıram. Lakin COP danışıqlardan ibarətdir. Biz bir neçə addım irəli və ya bir neçə addım geri gedə bilərik. Bunların hamısı prosesin bir parçasıdır", - deyə Z.Hüseyn bildirib.
Yaqut Ağaşahqızı,”İki sahil”