AZ

Ukrayna və Rusiya sülhə hazır deyil - Açıqlama

Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı savaşın durdurulmasından yox, dondurulmasından danışa bilərik. Heç inanmıram ki, tərəflər indiki mərhələdə uzunmüddətli sülhə hazırdırlar.

Bu fikirləri hafta.az-a keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov respublikaçı Donald Trampın Ukraynadakı müharibəni durdurmaq ehtimalına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, amma görünən odur ki, hərbi əməliyyatlar bir üslub kimi nəticə vermir: "Yəni tərəflərdən biri o birini hərbi baxımdan məğlub etməlidir - bu da baş vermir. Deməli, ya bu münaqişəni dondurmaq lazımdır, yaxud hansısa tərəf müəyyən güzəştlərə getməlidir. Tərəflərdən hansınınsa güzəştə gedəcəyinə isə inanmıram. Ancaq münaqişəni dondurmaq mümkündür. Yəni kimin haqlı, kiminsə haqsız olmasından asılı olmayaraq hər tərəfin olduğu mövqedə qalmasını və atəşkəs rejimini tətbiq etmək olar. Tərəflərdən biri əlavə siyasi şərtlər qoysa, sülhə nail olmaq mümkün olmayacaq... Hüquqi atəşkəs olmasa da, faktiki atəşkəs ola bilər. Belə ki, hansısa nisbi sənədin imzalanması halında de –fakto ona riayət olunması mümkündür. 1994-cü ildə atəşkəsin imzalanmasından keçən 26 il ərzində Azərbaycanla Ermənistan arasında belə bir təcrübə olub. Yəni atəşkəs dövrü".

Seçilən
26
hafta.az

1Mənbələr