AZ

Putin bu tarixə kimi bizi Kurskdan qovmaq istəyir - Zelenski

Rusiya Prezidenti Vladimir Putin öz hərbçilərinə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi gününə, yanvarın 20-nə qədər Ukrayna qoşunlarını Kursk vilayəti ərazisindən çıxarmağı əmr edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Putin üçün ən önəmlisi bizi Kursk vilayətindən sıxışdırıb çıxarmaqdır. Bütün bu hekayələr, yeni raketlərlə nümayişkaranə zərbələr - bunların hamısı bir səbəbdir. Əminəm ki, o, gələn il yanvarın 20-nə qədər bizi Kurskdan qovmaq istəyir", - Zelenski bildirib.

O, əmin olduğunu bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Putinin öz ərazilərini qoruya bilmədiyini göstərir, çünki Rusiya ordusunun bütün qüvvələri Ukraynanın işğal olunmuş ərazilərinə göndərilib.

Seçilən
24
2
axar.az

3Mənbələr