AZ

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Energetika üzrə ekspert Kirill Rodionov bildirib ki, gələn il Brent markalı neftin qiyməti 70 dollar/bareldən aşağı düşəcək.

Valyuta.az xəbər verir ki, ekspert bu barədə "RİA Novosti"yə danışıb.

Onun sözlərinə görə, 2025-ci ilin yanvarından sonra neft ixrac edən ölkələr üçün qiymətlərin saxlanması ilə bağlı onsuz da çətin vəzifə demək olar ki, qeyri-mümkün olacaq.

"Neft bazarı yeni "ayı dalğası" (aşağıya doğru-red.) ərəfəsindədir. Bu da qiymətlərin bir barel üçün 70 dollardan aşağı davamlı azalması ilə nəticələnəcək", deyə Rodionov proqnozlaşdırıb.

O izah edib ki, razılaşma planına əsasən, Rusiya Federasiyası və Səudiyyə Ərəbistanı da daxil olmaqla, OPEC+-ın əsas iştirakçıları gələn il ərzində gündəlik neft hasilatının maksimum səviyyəsini 2,46 milyon barel artırmalıdırlar. Eyni zamanda qlobal neft tələbatının sutkada 1,54 milyon barel artacağı proqnozlaşdırılır. Yəni OPEC+ iştirakçılarından təklifin artması tələbi üstələyəcək və bu da qiymətlərə təzyiq göstərəcək.

"OPEC+ verilən plana əməl etsə, qiymətlər aşağı düşəcək. Əgər OPEC+ ölkələri kvotalara yenidən baxsalar və kəmərlərini sıxsalar, o zaman investorlar başa düşəcəklər ki, OPEC+ kvotaların artırılması ilə bağlı qaçılmaz qərarını gecikdirməyə çalışır və bu da qiymətlərin aşağı düşməsinə səbəb olacaq", deyə ekspert bildirib.

Noyabrın 14-də Beynəlxalq Enerji Agentliyi Rusiya neft məhsullarının xaricə tədarükünün dörd ilin ən aşağı səviyyəsinə düşdüyünü bildirib. Oktyabrda ixrac sutkada 230 min barel (b/d) azalaraq 2,48 milyon barel olub və bu, 2020-ci ilin iyulundan etibarən tədarükün minimum səviyyəsidir.

Paşa Məmmədli

Seçilən
37
valyuta.az

1Mənbələr