Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab verir.
Şəxsiyyət vəsiqəsi itirildikdən uzun müddət ərzində yenisini almaq üçün müraciət edilməsə bunun cəriməsi var?
Mövzu ilə bağlı Hit.az-a danışan hüquqşünas Adil Piriyev bildirib ki, əlbəttə var:
“İnzibati Xətalar Məcəlləsinin 565-ci maddəsinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir. Bununla yanaşı, 20 manat məbləğində cərimə olunur”.
Murad