Rusiyalı döyüşçü Petr Yan Çində keçirilən Ultimate Fighting Championship (UFC) turnirində 248 nömrəli əsas döyüşdə braziliyalı Deiveson Figueiredonu məğlub edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Mənə elə gəlirdi ki, raundlarda öndə gedirəm. Ancaq hər şey ola bilər: mən artıq bir dəfə yıxılmışam. Döyüşümdən əvvəl Merab Dvalişvili dedi ki, Fiqeredo ağır çəkidə kəmər uğrunda ən yaxşı namizəddir. İndi nə deyirsən, Merab? Mən qisas istəyirəm! - Yan döyüşdən sonra dedi.
Döyüş bütün beş raund davam edib və hakimlərin yekdil qərarı ilə rusiyalının xeyrinə başa çatıb - 50-45.
Bu qələbədən əvvəl 31 yaşlı Yan 18 qələbə qazanıb. O, beş dəfə də məğlub olub. Braziliyalı döyüşçünün hesabında 24 qələbə, bir heç-heçə və dörd məğlubiyyət var.