Misli Premyer Liqasının XIV turunun "Neftçi" - "Zirə" matçından (2:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.
"Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. Möhtəşəm stadiondur, ot örtüyü də yaxşı idi. Oyun boyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq. O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda, qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Onlar da istəkli idilər. Meydanda keyfiyyətli futbol var idi".
“Qarabağ”dan inamlı qələbə - YENİLƏNİB
Cəlal oynadı, komandası qələbə qazandı
Orxan Məmmədov “Avropa Biznes Kuboku”nun qalibləri ilə görüşüb
AFFA nümayəndəsinə UEFA-dan təyinat
Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu - YENİLƏNİB