Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb...
APA-nın məlumatına görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Pəkuzə Məhəmməd qızı Əhmədova iki gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib.
67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.
Poliqon.info