Noyabrın 22-də sərvəti 347,8 milyard dollara çatan amerikalı sahibkar, "Space X" və "Tesla" şirkətlərinin qurucusu İlon Mask öz rekordunu qıraraq yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerdə qərarlaşıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Agentliklər qeyd edirlər ki, Maskın şirkətlərinin səhmləri biznesmenin prezidentlik kampaniyası zamanı fəal şəkildə dəstəklədiyi Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra kəskin bahalaşıb. Nəticədə "Space X"in yaradıcısı da diqqət mərkəzində olub.
Mask ötən rekordu 2021-ci ilin noyabrında, sərvətinin 340,4 milyard dollar olduğu təxmin edildiyi zaman qırıb. Son bir ildə bu, təxminən 120 milyard dollar artıb.
Dünyanın ən varlı insanları siyahısında ikinci yeri 219 milyard dollar sərvəti olan Amazon-un qurucusu Jeff Bezos, ardınca isə 206 milyard dollar sərvəti olan ən böyük proqram təminatlarından biri olan "Oracle" şirkətinin həmtəsisçisi Larri Allison gəlir.