AZ

Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar Hacı Xanməmmədovun mahnılarından ibarət konsert olub

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı keçirilib.

Gəncə Dövlət Filarmoniyasından Heftelik.az-a verilən məlumata görə, gecədə filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zəminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev bəstəkarın “Güllü”, “Qurban olduğum”, “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Gözüm düşdü”, “Gözünə qurban”, “Niyə döndü”, “Aldatmayaq bir-birimizi” və başqa mahnılarını ifa ediblər.

Hacı Xanməmmədova həsr olunmuş konsert proqramı Respublika və beynəlxalq müsabiqələr laureatı Bayram Üzeyirovun ifasında “Tar və orkestr üçün 3 saylı konsert I hissə” ilə yadda qalıb.

Seçilən
10
5
heftelik.az

6Mənbələr