AZ

Trampın Rusiya ilə müqavilə bağlamaq istəyi NATO təhlükəsizliyini təhdid edir

ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiya ilə müqavilə bağlamaq istəyi NATO-nu sarsıda bilər.

 

Sfera.az xəbər verir ki, bunu “Financial Times” Britaniya hökumətinin nümayəndəsinə istinadən yazıb. 

Belə ki, Tramp ABŞ-nin Avropaya verdiyi təhlükəsizlik təminatlarını şübhə altına alır.

 

Nəşr əlavə edib: "NATO Britaniya təhlükəsizliyinin təməl daşına çevrilib, onsuz ölkənin müdafiə siyasəti yoxdur".

 

Qeyd edək ki, daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Trampın Ukraynada münaqişənin sona çatmasına nail ola biləcəyini bildirib.

 

Medvedev izah edib ki, ABŞ-nin yeni prezidenti praqmatik şəxsdir və o, silahlı qarşıdurmanı tez bir zamanda dayandırmaq istədiyini dəfələrlə bəyan edib.

 

Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Rusiya istənilən halda Trampa güvənmir, yalnız öz gücünə arxalanır.

 

İnci 

Seçilən
9
sfera.az

1Mənbələr