AZ

Bu gün Laçinda baş verən zəlzələ rayonun seriyasına bağlanır – ELMİ-LƏDUN  

“Biz hər şeyi sayıb yazmııq”. Quran, “Xəbərdarlıq” surəsi

Bu gün (23 noyabr) Laçında baş verən 5 bala yaxın zəlzələ və həmin anda eşidilən vahiməli səs bölgə əhalisi arasında həyəcan və təşvişə səbəb oldu. Elmi-lədun hesablamalarımız göstərir ki, hadisə təsadüfü olmayıb, ciddi bir qanunauyğunluğa tabedir. Bunu aşağıdakı hesablamalardan görmək olur:

1) Bu gün “vosmoyun bazarı” adlanan ərazidə (avqustun 1-də) baş verən yanğının 114-cü günüdür ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahdan xəbərdarlıq olmasını təsdiq edir. 

2) Bu gün ilin 327-ci günüdür ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayını çıxsaq, alınan ədəd Laçının seriyasını göstərir:

327 – 286 = 41 

3) Laçında zəlzələ baş verəndə 14.10.2023-cü il tarixli Günəş tutulmasının 400-cü günüdür ki, bundan Quranın surələrinin sayını çıxsaq, müqəddəs kitabın  səhifələrinin sayı alınır və diqqətimizi Allahın qanunlar toplusu olan Qurana yönəldir:

400 – 114 = 286 

4) Nəhayət, bu gün Hacıqabulda yaşanan sel fəlakətinin 41-ci günüdür ki, bu da Laçının seriyasını göstərməklə, baş verəcək  fəlakətlərin (daha doğrusu xəbərdarlıqların) Allah tərəfindən qabaqcadan necə dəqiqliklə hsablanıb yazıldığını ortaya qoyur. 

O ki, qaldı zəlzələ vaxtı ətrafı qorxunc, vahiməli səs bürüməsinin sirrinə, bununla Rəbbim diqqətimizi Saleh qövmünə göndərdiyi bəlaya yönəldir:

“Zülm edənləri qorxunc bir səs bürüdü və onlar diz üstə çöküb qaldılar”. Quran, 11:67 

Yəni, vəzifəsindən aslı olmayaraq, Azərbaycan insanına mesaj verilir ki, zülmdən, haqsızlıqdan, haramçılıqdan, pozğunluqdan, rüşvətxorluqdan... əl çəkməsəniz sizi də bu qorxun səs bürüyə bilər... 

 

Dr. Paşa Yaqub – Pangeyis

Seçilən
12
1
hurriyyet.az

2Mənbələr