Bu gün Misli Premyer Liqasının 14-cü turunda “Zirə”yə qalib gələn “Neftçi”nin baş məşqçisi Samir Abasovun oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, qələbə qazandıqları (2:1) oyundan sonra keçirilən mətbuat konfransında belə danışıb:
“Futbolçularımı təbrik edirəm. Bugünkü oyundan yaxşı əhval-ruhiyyə ilə ayrılırıq. Bu qalibiyyətlərə o qədər çox ehtiyacımız var ki… Nə xoş bizə ki, bu gün qalib gəldik. Çox ciddi rəqibə qarşı oynadıq. Həddindən artıq çox işləməliyik. Çox çətin bir yükün altına girmişik. “Qarabağ”la gələn həftə olacaq oyuna hazırlaşacağıq.
Bu gün faiz dərəcəsi ilə götürsək, komandada istək daha üstün idi. Komandada hansısa sistemi otuzdurmuşuq desəm, reallıqdan uzaq olar. Bu qalibiyyət demək olar sırf futbolçuların istəyi, əzmi və mübarizəsi sayəsində oldu”.