Şəmkir korpusunun sabiq komandiri Çingiz Şəfiyev vəfat edib.
Publika.az xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Ç.Şəfiyev uzun müddət Müdafiə Nazirliyinin tərkibində hərbi hissə və birləşmələrdə komandir vəzifəsində xidmət edib. O, 2011-ci ildə N saylı hərbi hissədə baş vermiş əsgər ölümlərinə görə vəzifəsindən azad edilmiş, general-mayor rütbəsi bir pillə aşağı salınmışdı. Onu bu vəzifədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərov əvəzləmişdi.