AZ

Qlobal prosesə Bakı töhfəsi - COP29 Azərbaycana yeni imkanlar yaratdı

Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 uğurla başa çatdı. Qürur hissi ilə deyə bilərik ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, onun turizm potensialının dünyaya çatdırılmasında böyük imkanlar açdı. Yüksək səviyyədə təşkil olunmuş tədbir Böyük Zəfər qazanmış ölkənin dünyaya yenidən öz imicini tanıtmasında müstəsna əhəmiyyət kəsb etdi. 

Dünyanın 196 ölkəsindən 75 min iştirakçının qeydiyyatdan keçdiyi bu tədbirdə ekologiya ilə bağlı, atmosferin sağlamlaşdırılması yönündə bir çox mühüm məsələlər müzakirə edilib. COP29 tədbirinin baş tutduğu dövrdə Azərbaycana qarşı qərəzli fikirlər yürüdənlər, hətta boykot etmək istəyənlər məqsədlərinə çatmadı. Yeri gəlmişkən bir faktı da qeyd edək ki, plana əsasən noyabrın 22-də yekunlaşmalı olan konfransın ayın 23-də də davam edəcəyin eşidən anti-Azərbaycan qüvvələrdə böyük bir “xəyal qırıqlığı” yaşandı. Ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlar yayanların planları “suya düşdü”.

Aylar öncə “BBC Azərbaycan”, “Azadlıq radiosu”, “Amerikanın səsi” kimi kanallarda COP29-un Azərbaycanda keçirilməsinin əleyhinə söhbətlər təqdim olundu. Bunun fonunda ölkədəki sosial problemlər qabardıldı, dövlətimizin nüfuzuna xələl gətirəcək fikirlər səsləndirildi. Məqsəd isə məlum idi- Azərbaycanın beynəlxalq imicini ləkələmək və bir sıra dövlətlər arasında ölkəmizin nüfuzunu aşağı salmaq….. Çünki Azərbaycanın müstəqil siyasət aparması ABŞ-nin və Avropanın bəzi düşmən şəxslərində böyük narahatlığa səbəb olub.

 Azərbaycanın COP29-a evsahibliyi etməsini qısqanclıqla qarşılayan bəzi qərb dairələri erməni lobbisinin təsiri altında planlar həyata keçirməyə çalışdılar. Planlar arasında Azərbaycanı Ermənistanla yarımçıq sülhə təşviq etmək, xalqımıza qarşı hərbi cinayətlər törətmiş mənfurları azad etdirmək, Qarabağ ermənilərini yenidən qaytarmaq, ölkəmizin neft-qaz sənayesini sıradan çıxarmaq, daha sadalamadığımız bir neçə çirkin niyyətlər…. 

Bəs bu planların qarşısında Azərbaycan isə nə etdi? Əlbəttə ki, adına və gücünə layiq olaraq növbəti zəfərə imza atdı. Azərbaycan elə bir ölkədir ki, hər zaman özünü təxribat yaratmaq istəyən qüvvələrdən qoruya biləcək gücə malikdir. Heç kəs, heç bir qüvvə bizim gücümüzü sındıra bilməz. Necə ki, sındıra bilmədi də.. Beynəlxalq əhəmiyyətli konfrans iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi ilə yanaşı həm də ölkələrlə sıx əməkdaşlığa şərait yaratdı. 

Bir sözlə, Azərbaycanda keçirilən COP29 tarixi və qürurverici bir hadisəyə çevrildi. Bakı dünyanın diqqət mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlərimizi hər zaman qoruyub saxlayan xalqımız yüksək qonaqpərvərlik nümayiş etdirərək tədbirə təşrif buyuranları xoş və təhlükəsiz şəraitdə qarşıladı. Azərbaycanda keçirilən hər bir tədbir kimi, bu konfrans da Azərbaycanın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirdi. Ən əsası isə, Azərbaycana ölkə başçımız İlham Əliyevin uzaqgörən siyasəti ilə, əməlimizlə, işimizlə qazandığımız hörmət artdı. 

Bir daha,gözün aydın Azərbaycan, gözünüz aydın olsun, əziz xalqım!

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
14
missiya.az

1Mənbələr