HƏMAS hərəkatının iddia etdiyi kimi, İsrail ordusu Qəzza zolağında girovlardan birinin öldüyünü hələ təsdiq edə bilmir.AFN.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.“HƏMAS terror təşkilatı bu gün axşam saatlarında öldürülən girovu əks etdirən səs yazısı dərc edib və indiki mərhələdə bunu nə təsdiq, nə də inkar edə bilirik”, - deyə açıqlamada bildirilir.Qeyd edilib ki, ordu nümayəndələri girovun ailəsi ilə əlaqə saxlayır və yaxınlarını məlumatlandırır, bütün son məlumatları onlara ötürürlər: “HƏMAS psixoloji terrora əl atmaqda və son dərəcə qəddarlıqla hərəkət etməkdə davam edir”. Hərbçilər İsrail ictimaiyyətini girovların ailələrinə zərər verə biləcək şayiə və məlumat yaymaqdan çəkinməyə çağırıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta