Rusiya Prezidenti Vladimir Putin cinsiyyət dəyişdirilməsinə icazə verən ölkələrin vətəndaşları tərəfindən uşaqların övladlığa götürülməsini qadağan edən qanunu imzalayıb.
Sənəd rəsmi internet portalında yerləşdirilib.
Qeyd olunur ki, məhdudiyyətlər tibbi vasitələrlə, o cümlədən dərman vasitəsi ilə cinsini dəyişmək, habelə sənədlərdəki məlumatların dəyişdirilməsi yolu ilə icazə verilən ölkələrin vətəndaşlarına şamil ediləcək.
Mənbə: unikal.az