AZ

Rusiyadan 79 il sonra ilk: Həmin silah döyüş meydanında

Rusiyanın Dneprdə “Oreşnik” ballistik raketindən istifadə etməsi Ukraynadakı müharibənin son eskalasiyası kimi dəyərləndirilir.Soyuq müharibədən bu yana belə bir silahdan düşməni vurmaq üçün istifadə edilmədiyi bildirilir.

Amerikalı alim, nüvə sahəsi üzrə mütəxəssis Hans Kristensen ilk dəfədir “Oreşnik” kimi raketdən döyüşdə istifadə edildiyini vurğulayıb. O, ən yaxşı hava hücumundan müdafiə sisteminin belə bu raketlərin qarşısını almaqda aciz olduğunu qeyd edib.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, “Oreşnik” ballistik raketindən istifadə yenilik olsa da, Kremlin son addımı deyil:

“Rusiyanın arsenalında daha dağıdıcı, güclü silahlar var. Moskva, Ukrayna ilə müharibə gedişatında bütün kartlarını oynamır. Yəni az qala dünya hərb statistikalarında ilk on ölkə arasında olan Rusiya, Ukrayna ilə müharibədə məğlub kimi görünür.

Müharibənin üçüncü ilində Kreml “Oreşnik” ballistik raketindən istifadə etdi. Prezident Vladimir Putinin nüvə silahından istifadə etməsi də istisna deyil. Yəni Moskva son addım kimi nüvə silahından istifadə edə bilər. Buna qərara qədər isə taktiki nüvə silahından istifadə etməsi mümkündür.

Rusiya son ana qədər nüvə silahından istifadə etməyəcək. Bu, həm Moskva, həm Kiyev, həm də region üçün ciddi fəsadlar ilə nəticələnər”.

Qeyd edək ki,sosialist düşərgəsi ölkələri və Qərb bloku arasında 1945–1990-cı illərdə qlobal səviyyədə aparılan geo-siyasi, iqtisadi və ideoloji mübarizə “Soyuq müharibə”adı ilə tarixə keçib.

Seçilən
19
turkustan.az

1Mənbələr