AZ

Rusiyada premium avtomobillərin satışı yeni rekorda imza atıb

...Autostat analitik agentliyinin məlumatına görə, 2024-cü ilin oktyabrında premium avtomobillərin satışı 15 663 ədədə çatıb.

SİArus saytlarına istinadən xəbər verir ki, bu, son 7 ayda rekord göstəricidir.

Qeyd olunur ki, bu il daha yüksək göstəricilər yalnız mart ayında müşahidə olunub, o zaman satışlar 19 095 avtomobil təşkil edib.

Oktyabrda ölkədə yeni minik avtomobillərinin satışının 9,2 faizini premium sinfi təşkil edib. Sentyabr ayı ilə müqayisədə bu göstərici bir qədər azalıb, o zaman pay 9,3 faiz olub.

...Çin brendləri ümumi satışların 72 faizini təşkil edərək premium seqmentdə üstünlük təşkil etməkdə davam edir. Lider 3424 avtomobil satan EXEED şirkətidir. İkinci yerdə 2770 avtomobillə TANK, üçüncü yerdə isə 2381 avtomobillə Lixiang qərarlaşıb.

Alman markaları BMW və Mercedes-Benz də müvafiq olaraq 1623 və 870 avtomobil satışı ilə ilk beşliyə daxil olublar.

Nazlı Almuradova

Seçilən
9
sia.az

1Mənbələr