Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, “Olimpik Star”da baş tutan turun ilk oyunda debutant “Şuşa” U-19-la qarşılaşıb.
Ramil Hüseynovun baş məşqçisi olduğu komanda ilk qələbəsini yığma üzərində qazanıb.
Turun mərkəzi oyununda son çempion “Araz-Naxçıvan” lider “Neftçi” İK ilə üz-üzə gəlib. Predraq Rayiçin komandası mövsümdə ikinci məğlubiyyətinə üzülüb. “Neftçi” isə qələbə seriyasını 4-ə çatdırıb.
Turun son matçında “Baku Fire” autsayder “Yasamal Bakı”nı darmadağın edib.
Bu nəticələrdən sonra "bakı alovu" ilə "ağ-qaralar" şərikli liderliyini davam etdirirlər. "Araz-Naxçıvan" isə 3-cü pillədə qərarlaşıb.
Yüksək Liqa
4-cü tur
23 noyabr
Şuşa – U-19 5:4
Araz-Naxçıvan – Neftçi İK 2:3
Baku Fire – Yasamal Bakı 15:1