"Sabah"ın müdafiəçisi Con İrasabal Premyer Liqanın 13-cü turunda "Kəpəz"lə bərabərə qaldıqları (2:2) matçdan sonra Sportinfo.az-a müsahibə verib.
- "Kəpəz"lə oyun barədə nə deyə bilərsən? Komanda niyə qalib gələ bilmədi?
- Oyunda bəzi səhvlərimiz oldu. Bundan əlavə, vurduğumuz qollardan da əlavə qol şanslarımız olsa da yararlana bilmədik. Rəqib kompakt müdafiə olunurdu, bu da işimizi çətinləşdirirdi. Bu oyunda qalib gəlməliydik. Təəssüf ki alınmadı.
- "Sabah" artıq 6 oyundur ki qalib gələ bilmir. Səncə, bunun səbəbi nədir?
- Bizdə demək olar ki, hər mövsüm oxşar vəziyyət yaşanır. Nəticələrimizdə stabilliyə nail olmaq üçün mental olaraq da özümüzü təkminləşdirməliyik.
- 13-cü turdan sonra milli fasilə başladı. Səncə, bu fasilə komandaya necə təsir edəcək?
- İndiki situasiyada fasilənin bizim üçün yaxşı olacağını düşünürəm. İnanıram ki, milli fasilə komanda üçün enerji toplamaq və növbəti matçlara daha yaxşı köklənmək üçün yaxşı bir fürsət olacaq.
XANOĞLAN İMANOV