"Mançester Siti"nin futbolçusu Rodri "Qızıl Top" mükafatı ilə "Etihad Stadium"da təqdim olunub.
QOL.az xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi İngiltərə Premyer Liqası çərçivəsində hazırda keçirilən "Mançester Siti" - "Tottenhem" matçından əvvəl mükafat ilə klubun doğma meydanında təqdim olunub.
Qeyd edək ki, Rodri 29 oktyabrda 2024-ci ilin "Qızıl Top" mükafatının qalibi seçilib. O, hazırda zədəlidir və mövsümün sonuna qədər yaşıl meydanlara qayıtmayacaq.
The world's best!
— Manchester City (@ManCity) November 23, 2024
Welcome home, Rodri pic.twitter.com/hawZck9355