AZ

ABŞ iqlim maliyyələşməsindən qaçır- Edou

İnkişaf etmiş ölkələr ədalətli iqlim maliyyələşməsini təmin edəcək iddialı razılaşma qəbul etməlidir.

Teleqraf.com xəbər verir ki, bunu “Power Shift Africa”nın direktoru və təsisçisi Məhəmməd Edou COP29 iqlim konfransının kuluarlarında jurnalistlərə bildirib.

"İnsanların həyatı təhlükə altındadır. Biz varlı dünyanın sadəcə öz məsuliyyətindən qaçmasına icazə verə bilmərik. Bizim müşahidə etdiyimiz ABŞ-ın başçılıq etdiyi və arxasındakı varlı dünyanın gizləndiyi "böyük qaçışdır", - o vurğulayıb.

Onun sözlərinə görə, inkişaf etməkdə olan ölkələr COP29-da razılaşmaların pozulmasına yol verməməlidir: "İnkişaf etmiş ölkələrin öz tarixi məsuliyyətlərini dərk etməsi və zərurətə uyğun hərəkət etməsi lazımdır".

M.Edounun sözlərinə görə, danışıqların uğurlu olması yalnız varlı ölkələrin qrant və güzəştli maliyyələşdirmə şəklində ən azı 600 milyard dollar ayırmağa razı olacağı təqdirdə mümkündür.


Müəllif: Teleqraf.com
Seçilən
20
5
teleqraf.com

6Mənbələr